Füzuli Dövlət Dram Teatrının hazırladığı A.Həsənoğlunun “Yaddaş” tamaşası İmişli rayon Mədəniyyət Mərkəzində nümayiş olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər.

Müharibə mövzusuna həsr olunmuş tamaşada Azərbaycan əsgərinin yüksək Vətən sevgisi və parlaq Qələbəsi bədii şəkildə əks etdirilib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşovadır. Rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Əli Hüseynov, Sevinc Məmmədova, Gülnar Quliyeva və başqaları çıxış ediblər.