Ayda 2550 avro bəs eləmir

 

İsveçrədə martın 3-də keçirilən referendumda əhali təqaüd yaşının artırılmasının əleyhinə, pensiya ödənişlərinin artırılmasının isə lehinə səs veriblər.

Səsvermədə iştirak edənlər həmkarlar ittifaqlarının aylıq pensiyadan əlavə hər il 13-cü pensiyanın verilməsi təşəbbüsünü dəstəkləyiblər. Pensiya yaşının 66-ya qaldırılması təşəbbüsü isə referendumdan keçməyib.

Hazırda bu ölkədə dövlətin verdiyi aylıq pensiyanın məbləği 2550 avrodur. Lakin isveçrəlilərin fikrincə, bu, böyük şəhərlərdə normal yaşamaq üçün kifayət etmir. Hakimiyyət isə pensiya ödənişlərinin artırılmasının büdcəyə baha başa gələcəyi barədə xəbərdarlıq edib.