Azərbaycan Turizm Bürosu və “Absheron Hotel Group” 29 fevral – 3 mart tarixlərində Türkiyədən olan 13 turizm sənayesi nümayəndəsinin Bakı şəhərinə işgüzar turizm üzrə tanıtım səfərini təşkil edib.

Səfərin təşkilində məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye üzvlərinin sayını artırmaqdır.

Tanıtım səfəri çərçivəsində Türkiyə turizm sənayesi nümayəndələrinin 30-a yaxın azərbaycanlı həmkarı arasında B2B formatında görüşlər keçirilib.

Bundan əlavə, iştirakçıların Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ziyarətləri təşkil olunub.