Martın 11-də Beynəlxalq Muğam Mərkəzində (BMM) şəhid ailələri və qazilər üçün Novruz konserti keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BMM-in direktoru Sahib Paşazadə tədbirdə iştirak edən şəhid ailələri və qazilərə qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. O belə konsertlərin xoş ovqat yaratmaqla bərabər, həm də Vətən övladlarının fədakarlığı qarşısında minnətdarlıq nümunəsi olduğunu bildirib.

Konsertdə Əməkdar artist Nuriyyə Hüseynova və şagirdləri, BMM-in solistləri çıxış ediblər.

Zəngin konsert proqramında vətənpərvərlik ruhunda xalq və bəstəkar mahnıları, eləcə də muğamlarımız səsləndirilib.