Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası tezliklə yeni orkestrini təqdim edəcək.  

Orkestrin fəaliyyəti Azərbaycan və Qərb ölkələri bəstəkarlarının əsərlərinin təbliğində mühüm rol oynayacaq.

Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə, kollektivin adı 28 aprel tarixində Gəncədə ilk dəfə keçiriləcək konsertdə açıqlanacaq.

Yeni yaradılacaq orkestrin ölkəmizi qarış-qarış gəzərək xüsusi hazırlanmış proqramlarını təqdim etməsi nəzərdə tutulur.