Cəfər Cabbarlının 125 illiyi ilə bağlı tədbirlər keçirilib

 

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında C.Cabbarlının yubileyinə həsr olunan “Sabaha boylanan düha” adlı tədbir keçirilib. Tədbirin sonunda “Cəfər Cabbarlı – 125” adlı kitab sərgisinə baxış olub.

***

Sumqayıt Gənclər Kitabxanasında Laçın rayonu Məzahir İsmayılov adına Cicimli kənd orta məktəbinin şagird və müəllim heyətinin iştirakı ilə böyük yazıçı və dramaturq Cəfər Cabbarlının (1899–1934) 125 illiyi münasibətilə tədbir keçirilib. Tədbir sözləri C.Cabbarlıya məxsus olan “Ölkəm” romansının səsləndirilməsi ilə başlayıb. Qeyd olunub ki, Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, dramaturq, ssenarist, tərcüməçi, publisist, teatrşünas kimi çoxcəhətli fəaliyyəti ilə ədəbiyyat və mədəniyyət salnaməmizdə silinməz iz qoyub.

***

Lerik rayon Mərkəzi Kitabxanasında “Cəfər Cabbarlı və Azərbaycan ədəbiyyatı” mövzusunda tədbir təşkil edilib. Ədibin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub.

N.Məmmədli