М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Baharın səsi” adlı konsert (15 mart) keçirilib.

Konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər - respublika və beynəlxalq müsabiqələrin laureatları Atəş Qarayev (tenor), Nigar Əsgərova (soprano) çıxış ediblər.

Proqramda Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin və Gülçöhrənin ariyaları, F.Əmirovun “Azərbaycan” süitası, A.Əlizadənin “Babək” baletindən fraqmentlər, X.Mirzəzadənin “Bağ mövsümü” kinofilminə yazdığı “Gəzinti”, Q.Qarayevin “Dəniz neftçiləri haqqında povest” kinofilmindən Vals, T.Quliyevin “Laylay”, Niyazinin “Vətən haqqında nəğmə” və “Qaytağı” əsərləri səsləndirilib.

Bütün ifalar alqışlarla qarşılanıb.