Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Novruz – xalqımızın milli birlik bayramıdır” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, ziyalılar, mədəniyyət işçiləri, şagird və tələbələr iştirak ediblər.

Qonaqlar öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Çıxışlarda Novruz bayramı ilə bağlı adət-ənənələrdən bəhs olunub.

Sonra “Ümummilli lider Heydər Əliyev və Novruz dəyərləri” adlı mühazirə dinlənilib.

Bədii hissədə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi şagirdlərinin ifasında musiqi nömrələri və milli rəqs nümunələri təqdim olunub. “Novruz gəlir, yaz gəlir” adlı sərgiyə baxış keçirilib, “Heydər Əliyev və Novruz dəyərləri” adlı film nümayiş etdirilib.