Bakı Şǝhǝr Mǝdǝniyyǝt Baş İdarǝsi vǝ "Valideyn Himayǝsindǝn Mǝhrum Olmuş Uşaqlara Dayaq" İctimai Birliyinin tǝşkilatçılığı ilǝ şǝhid vǝ qazi övladları üçün Novruz şǝnliyi tǝşkil edilib.

Bayram şənliyində baş idarǝnin tabeliyindǝ olan mǝdǝniyyǝt mərkəzlǝrinin kollektivlǝri çıxış ediblər.

Uşaqlar Keçǝl, Kosa vǝ Bahar qızı ilǝ birlikdǝ şǝn musiqi sǝdaları altında rǝqslǝr edib, şeirlǝr söylǝyib, mahnılar sǝslǝndiriblǝr. Müxtǝlif nağıl qǝhrǝmanları ilǝ ǝylǝncǝli oyunlar oynayaraq xoş zaman keçiriblǝr.

Tǝdbirin sonunda uşaqlara hǝdiyyǝlǝr tǝqdim edilib vǝ xatirǝ şǝkillǝri çǝkdirilib.