Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən aprelin 19-u saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi 2) Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 16 aprel tarixindək Mil-Muğan Regional Mədəniyyət İdarəsinin mil-mughan@culture.gov.az elektron poçt ünvanı, (021) 235-63-97 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.