M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında bu il yubileyləri qeyd olunan tanınmış ədiblərə həsr edilmiş sərgilər açılıb.

Xalq yazıçısı, ədəbiyyatşünas, pedaqoq, ictimai xadim İsmayıl Şıxlının (1919–1995) anadan olmasının 105 illiyi münasibətilə təşkil edilən sərgidə müəllifin əsərləri, dünya ədəbiyyatından tərcümələri, tərtib və redaktə etdiyi kitablar, haqqında yazılmış Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunub.

***

Görkəmli şair-dramaturq, mədəniyyət xadimi Cəfər Cabbarlının (1899–1934) 125 illiyinə həsr olunan sərgidə müəllifin əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə kitablar yer alıb.

***

Xalq yazıçısı, nasir, dramaturq, ədəbi tənqidçi, tərcüməçi Mehdi Hüseynin (1909–1965) 115 illiyi münasibətilə təşkil edilən sərgidə ədibin əsərləri, dünya ədəbiyyatından tərcümələri və redaktə etdiyi, haqqında yazılmış kitablar nümayiş olunub.

***

Kitabxanada görkəmli pedaqoq, maarifçi, şair və yazıçı Məhəmməd Tağı Sidqinin (1854–1903) 170 illik yubileyi münasibətilə də sərgi təşkil olunub. Sərgidə ədibin əsərləri, həyatı, pedaqoji fəaliyyəti haqqında, Azərbaycan ədəbi və maarifçi fikrin inkişafına verdiyi töhfələrdən bəhs edən ədəbiyyatlar yer alıb.