Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Muzeydə musiqi” layihəsinin növbəti konsert proqramı olub. Bu barədə muzeydən məlumat verilib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində təqdim olunan konsertdə xormeyster, Əməkdar artist Naala Barateliyanın rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu, solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Talıb İsgəndərli (bariton), Cəlil Bəşirli (tar), Lalə Əhmədova (piano), Surə Rüfət (violin), Mehin Zalıyeva (piano), Orxan Əlizadə (tenor), Orxan Mövlan (tenor), Cəlalə İsmayılzadə (cello), Abid Çələbiyev (kamança), Əli Vəliyev (piano) çıxış ediblər.

Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığından nümunələr ifa olunub. Proqram Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin çıxışı ilə davam edib.

Tədbir çərçivəsində qonaqlar muzeydə “Salam, Novruz!” sərgisi ilə də tanış olublar.