Xəbər verdiyimiz kimi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Urbanda görüşərik” adlı yeni layihəyə başlayıb.

Filarmoniyanın Urban Mərkəzində reallaşan layihənin əsas məqsədi istedadlı və yaradıcı insanların platformasını yaratmaq, onların üzə çıxarılıb tanıdılmasını təmin etməkdir.

Layihə çərçivəsində "Qiraət axşamı" adlı tədbir keçirilib. "Qiraət axşamı"nda ud və balabanın müşayiəti ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri  Nizami Gəncəvi, Məhəmməd Füzuli və İmadəddin Nəsiminin şeirləri səsləndirilib. Bədii nümunələr Həsən Fəttan, Vüsal Hicran, İmamverdi Vəliyev, Əsgər Məmmədov, Zahir Şirani, Məhəmməd Hacıyev və Zülfiyyə Yaqub tərəfindən qiraət olunub.