Şəki-Zaqatala RMİ-nin nəzdində fəaliyyət göstərən müəssisə əməkdaşlarının iştirakı ilə “Media savadlılığı” mövzusunda müşavirə keçirilib. Müşavirədə müasir medianın həyatımızdakı rolundan bəhs edilib.

Qəbələ rayon Mədəniyyət Mərkəzində “İncəsənət və şirniyyatın vəhdəti” adlı tort sərgisi keçirilib. Gənc istedadlıların tanıdılması və əməyinin qiymətləndirilməsi məqsədilə keçirilən sərgidə ümumilikdə 10 həvəskar şirniyyat ustası maraqlı görünüşlü tortlarla iştirak edib. Şirniyyatçılar öz qabiliyyətlərini tortlar üzərində nümayiş etdiriblər. Sonda iştirakçılar rayon Mədəniyyət Mərkəzi tərəfindən fəxri fərmanlarla təltif edilib.

***

Cəbrayıl şəhər Uşaq musiqi məktəbinin şagirdləri martın 30-da Bakı Gənclər Mərkəzində keçirilən “Astana stars” I Beynəlxalq “Azərbaycan Qrand Konkurs İncəsənət Festivalı”nda uğurla iştirak ediblər. Məktəbin Fortepiano şöbəsinin şagirdləri Natella Danyarbəyli, Selcan Məmmədova, Munir Şükürlü, Xalq çalğı alətləri şöbəsinin şagirdi Səid Şükürlü 3-cü dərəcəli diplom və festivalın medalı ilə, müəllimləri Mənzər Qasımova və Ramil Əliyev isə təşəkkürnamə ilə mükafatlandırılıb.

***

İmişli rayon MKS-nin Əliqulular kənd kitabxanası “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində açıq kitabxana təşkil edib. Açıq kitabxanada yerli və xarici yazarların əsərləri nümayiş etdirilib.

***

Masallı rayon Mərkəzi Kitabxanasında 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şəhər 3 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları iştirak ediblər.

Nurəddin