Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri üçün “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi”ni elan edir.

Müsabiqə tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılması üçün məlumat lövhələrinin yeni dizaynının hazırlanması məqsədilə təşkil olunur.

Müsabiqə iki mərhələdən ibarətdir: dizayn layihələrinin qəbulu və təqdim edilmiş materialların qiymətləndirilməsi.

Müsabiqəyə qatılmaq istəyənlər hazırladıqları dizayn layihələrini 15 aprel – 15 may 2024-cü il tarixlərində təqdim edə bilərlər.

Qaliblərin adları 30 may 2024-cü il tarixində elan olunacaq.

Müsabiqə haqqında ətraflı məlumatı link vasitəsilə əldə edə bilərsiniz.