Akademik Musiqili Teatrda gənc yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında hazırlanan “Killerdən teleqram” monotamaşasına daxili baxış keçirilib. Səhnə əsərinə gənc rejissor Zaur Əliyev quruluş verib.

Monotamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edir. Quruluşçu rəssam Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.

Tamaşanın qəhrəmanı (Killer-Cəlil) uşaqlıqdan həyatın bütün çətinliklərini görərək çox acınacaqlı şəraitdə böyüyüb. Dəfələrlə aldığı psixoloji zərbələr onu qaranlıq dünyanın adamı edir. Həyatda öz yerini tapmaq uğrunda çalışsa da, zamanın sərt döngələrində mənəvi cəhətdən təzyiqlərə məruz qalaraq saflığını itirir, daşqəlbli qatilə çevrilir...