Aprelin 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 4 nömrəli kitabxana filialı Dünya İncəsənət Gününə həsr olunmuş dəyirmi masa keçirib.

Çıxışlarda əlamətdar günün tarixi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınıb və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verib. Azərbaycan xalqı tarixən incəsənətinin özünəməxsusluğunu qoruyaraq gələcək nəsillərə ərməğan edib. Ölkəmizdəki bu özünəməxsusluq həm də çoxmədəniyyətliliklə bağlıdır.