Aprelin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Komitədən verilən xəbərə görə, Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür. Budəfəki püşkatma 156 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq təqdim olunan mənzillərin 59-u ikiotaqlı, 80-i üçotaqlı, 17-si dördotaqlıdır.

Ailələr yaxın vaxtlarda Füzuliyə köçürüləcək. Qeyd edək ki, indiyədək Füzuli şəhərində 631 ailənin (2379 nəfər) daimi məskunlaşması təmin edilib.