Mədəniyyət Nazirliyi yanında İctimai Şura Mil-Muğan Regional Mədəniyyət İdarəsi (RMİ) üzrə görüş keçirib.

Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, İctimai Şuranın heyəti, Mil-Muğan RMİ-nin rəhbərliyi və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə Mil-Muğan RMİ-nin son bir il müddətində fəaliyyəti, həyata keçirdiyi layihə və tədbirlər, əldə edilən uğurlar, qarşıya çıxan problemlər və yeni hədəflər haqqında məlumat verilib.

İclasda çıxış edən mədəniyyət işçilərindən ibarət məruzəçilər fəaliyyət göstərdikləri mədəniyyət müəssisələri üzrə əldə edilən nailiyyətləri, mövcud problemlər fikir və təkliflərini səsləndiriblər.

Daha sonra İctimai Şuranın üzvləri və ekspertlər çıxışçıların təklifləri haqqında öz fikirlərini bölüşüblər.

Tədbirin sonunda mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət işçiləri fəxri fərmanla təltif olunub.

Sonra tədbir iştirakçıları "Hophopnamə" kitab mərkəzini ziyarət ediblər.

Nurəddin