İstanbul Mədəniyyət və İncəsənət Fondu tərəfindən təşkil olunan 43-cü İstanbul Film Festivalının (17–28 aprel) mükafatçıları elan edilib.

“Ən yaxşı əcnəbi film” nominasiyasında ukraynalı rejissor Anna Buryaçkovanın “Həmişəlik-həmişəlik” (“Forever-Forever”) filmi qalib olub. Mərasimdə iştirak edə bilməyən rejissor festival təşkilatçılarına onlayn formatda təşəkkürünü bildirib.

Münsiflər heyətinin xüsusi mükafatına ssenarist və rejissor Ena Sendijareviç “Şirin arzular” (“Sweet Dreams”; İsveç–Niderland) filminə görə layiq görüb.

“Yerli qısametrajlı filmlər” kateqoriyasında qalib Ömər Ferhat Özmənin “Mənfi bir” (Türkiyə) ekran əsəri olub.

Festivalın əsas mükafatı olan “Qızıl zanbaq” “Ən yaxşı yerli film” nominasiyasında “Yurd” filminin rejissoru Nehir Tunaya təqdim olunub.