Bakı Xoreoqrafiya Akademiyası (BXA) orta ixtisas təhsili pilləsinin tələbələrinə Rusiya Federasiyasının və Kalmıkiya Respublikasının Əməkdar artisti, rejissor-xoreoqraf Ramil Mehdiyev tərəfindən ustad dərsləri keçilib.

BXA-nın rəhbərliyi və müəllim heyətinin də iştirak etdiyi dərs müddətində tələbələrə rəqslərin ifası zamanı əl və ayaq hərəkətləri, rəqs duruşunun incəlikləri nümayiş etdirilib. Dəzgah qarşısında tələbələr müvafiq rəqs hərəkətlərini icra ediblər.

Eyni zamanda onlara xoreoqrafiya sənətinin sirləri barədə danışılıb, səhnədə icra edilən vacib elementlərlə bağlı tövsiyələr verilib.

Ustad dərsləri BXA-nın müəllim və tələbələri tərəfindən yüksək qiymətləndirilib.