Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Muzeydə musiqi” layihəsinin mayın 8-də növbəti konsert təqdim olunacaq. Konsert proqramı Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib.

Həmin gün Milli İncəsənət Muzeyində “İlham Nəzərovun tələbə və məzunları” adlı konsert də keçiriləcək.

Konsert proqramında Ü.Hacıbəyli, M.Maqomayev, C.Cahangirov, G.F.Hendel, Q.Donisetti, C.Rossini və digər görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunacaq.

Lalə