Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib.

Bildirilib ki, görüşün məqsədi uşaqlar arasında mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaqdır.

Görüş çərçivəsində Xəzər rayonunda yerləşən 149 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında yazıçının “Lovğa tülkü” əsəri əsasında hazırlanmış nağıl-tamaşa təqdim olunub.

Sonda yazıçı oxuculara yaradıcılığı haqqında geniş məlumat verib, işıq üzü görmüş nağıl kitabları ilə tanış edib.