Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində 9 May – Faşizm üzərində Qələbə Gününə və Ümummilli liderin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra dahi siyasətçiyə həsr olunan videoçarx nümayiş etdirilib.

Çıxışlarda qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edib.

Həmçinin Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında danışılıb. Vurğulanıb ki, xalqımız bu müharibədə həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərib.

Tədbirin bədii hissəsində 14 nömrəli Musiqi məktəbinin xor kollektivi və xalq çalğı alətləri ansamblı, 168, 186, 235 və 243 nömrəli tam orta məktəblərin şagirdləri vətənpərvərlik ruhlu mahnılar ifa ediblər.

Sonda Mədəniyyət Mərkəzinin dram dərnəyi şagirdlərinin iştirakı ilə Pərviz Seyidlinin “O qayıdacaq” pyesi əsasında səhnəcik nümayiş olunub. 

Sonda Ümummilli lider Heydər Əliyevə və Faşizm üzərində Qələbə Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.