Filmlərimiz Dəkkə festivalında

Yanvarın 10-dan 18-dək Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək beynəlxalq kinofestivalda Azərbaycan iki filmlə təmsil olunacaq. Festivalda rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi və rejissor Fariz Əhmədovun “Əriyən ada” sənədli filmi nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyini... Ətraflı

Tahir Salahov haqqında film Parisdə nümayiş olunacaq

Rejissor Ziya Şıxlinskinin görkəmli fırça ustası, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahova həsr etdiyi “Ürəklə şəkil çəkən rəssam” sənədli filmi Parisdə keçiriləcək tədbirdə nümayiş olunacaq. Tahir Salahovun 85 illik yubileyi münasibətilə təşkil ediləcək tədbirin 2014-cü ilin fevral-mart... Ətraflı

Kann kinofestivalının münsiflər heyətinə Ceyn Kempion başçılıq edəcək

Bu il mayın 14-dən 25-dək Kannda keçiriləcək 67-ci kinofestivalın münsiflər heyətinə Yeni Zelandiyalı rejissor Ceyn Kempion başçılıq edəcək. Bu barədə festivalın rəsmi saytında məlumat verilib. Ceyn Kempion Kann festivalının tarixində iki dəfə “Qızıl palma budağı” mükafatını qazanmış yeganə qadın re... Ətraflı

“24 kadr” qısametrajlı film festivalına yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən gənc rejissorların “24 kadr” qısametrajlı film festivalına yekun vurulub. “Metropark” Ticarət və Əyləncə Mərkəzindəki “Park Cinema”da keçirilən mərasimdə birinci, ikinci və üçüncü yerləri tutan gənc rejissor... Ətraflı

Gələn il yeni filmlər təqdim olunacaq

Yola saldığımız 2013-cü ilin yaddaqalan əsas kino hadisələrindən biri Azərbaycan və Türkiyə kinematoqrafçılarının Xalq yazıçısı Elçinin romanı əsasında çəkdikləri “Mahmud və Məryəm” filminin ekranlara çıxması oldu. Bu il həmçinin Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinost... Ətraflı

Bakının ekran şairi

Rejissor Arif Babayevin xatirəsi yad edildiDekabrın 26-da Dövlət Film Fondunda görkəmli rejissor, Əməkdar incəsənət xadimi Arif Babayevin 85 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə... Ətraflı

“Arşın mal alan”ın yeni rəngləri

68 il əvvəl ağ-qara lentə alınaraq dünyanı dolaşan film artıq rəngli formatda kinosevərlərin görüşünə gəlirDekabrın 20-də Üzeyir Hacıbəylinin ev-muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” filminin (1945) təqdimatı keçirildi.Üzeyir bəyin ölməz operetta... Ətraflı

“Qorxma, mən səninləyəm! 1919” filmi mükafata layiq görülüb

Rusiyanın Tula şəhərində “Gülümsə, Rusiya!” (“Ulıbnis, Rossiya”) XIV komediya filmləri festivalı keçirilib. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Weit Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” filmi festivalın mükafatına layiq görülüb. Filmin ... Ətraflı

Görkəmli kinorejissor Arif Babayevin xatirəsi anılacaq

Dekabrın 26-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru Arif Babayevin anadan olmasının 85 illiyi münasibətilə tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə ... Ətraflı

“Sirli bənövşə”

Məhsəti Gəncəviyə həsr edilən sənədli-bədii filmin təqdimatıDekabrın 18-də Nizami Kino Mərkəzində orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şairə və mütəfəkkir, 900 illik yubileyi UNESCO tərəfindən qeyd edilən Məhsəti Gəncəviyə həsr edilmiş “Sirli bənövşə” sənədli-bədii filmin... Ətraflı