Təqvim 22-24 sentyabr

Azərbaycan 22 sentyabr 1865 – Milli teatrımızın ilk peşəkar aktyorlarından biri Cahangir Məşədi Rza oğlu Zeynalov (1865-1918) anadan olub. XX əsrin əvvəllərində “Nicat”, “Səfa” və “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyo... Ətraflı

Bakıda tarixi zəfərin 100 illiyi – Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi

Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu... Ətraflı

Dastan İnsan…

Şəxsiyyəti yaradıcılığından, yaradıcılığı şəxsiyyətindən maraqlı Hadisə-Adam – Adil İsgəndərov Əzəmət, kişilik, ləyaqət, qeyri-adi cəsarət!.. Zənnimcə, bu sənətkarın adı qarşısına, rəsmi-direktiv titullarından öncə, bu kəlmələri yazıb-söyləmək gərək. İşini itirməkdən heç vaxt ... Ətraflı

Fədakar muzey təşkilatçısı və arxeoloq alim

Xalqımızın tarixi mirasının öyrənilməsi və təbliğinə töhfə verən ilk arxeoloqlarımızdan biri də tanınmış muzey təşkilatçısı, pedaqoq Davud Şərifov olub. O, sovet dövründə – milli tarixi yaddaşın qorunması və araşdırılmasına ciddi maneələrin olduğu bir zamanda bu sahə... Ətraflı

Acıdərədəki türk şəhidinin məzarı ziyarət edilib

Nuru paşanın komandanlığı ilə Azərbaycan və Türkiyə hərbçilərindən ibarət Qafqaz İslam Ordusunun Bakının erməni-bolşevik işğalından azad etməsinin 100-cü ildönümü tarixi zəfər yolunun keçdiyi bölgələrimizdə də anım tədbirləri ilə qeyd olunub. Şamaxı-Bakı m... Ətraflı

Təqvim 19-21 sentyabr

Azərbaycan 19 sentyabr 1992 – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru adını almış  ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aidə Nəsir qızı İmanquliyeva (10.10.1939 - 1992) vəfat edib. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların müəllifidir. Azər... Ətraflı

İstiqlalımızın şəhid yolçuları

100 il öncə Cümhuriyyətimizi qorumaq üçün Azərbaycana gəlmiş qəhrəman türk ordusunun 1130 əsgəri bu yolda özünü qurban verdi Azərbaycanın istiqlal tarixində 1918-ci ilin 15 sentyabrının müstəsna yeri var. Bu, təkcə milli dövlətçiliyimiz... Ətraflı

100 ilin unudulmuş Osmanlı marşları

Artıq neçə illərdir 15 sentyabr 1918-ci il – Osmanlının Qafqaz İslam Ordusunun Bakını erməni daşnaklarının terrorundan, qətliamından xilas etməsi haqda yazılar, kitablar nəşr olunur, TV kanallarında maraqlı tarixi verilişlər göstərilir. Məhz bu verilişlər, kitablar, yazılar 100 ill... Ətraflı

Gədəbəydə IX əsrin yadigarı olan Qız qalası konservasiya olunacaq

Ölkəmizin hər yerində qədim tikililərə, memarlıq abidələrinə rast gəlmək olur. Gədəbəy rayonu da belə tarixi tikililərlə zəngin bölgələrimizdən biridir. Rayon ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy-Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəni irsin tərkib hissəsidir. Burada Tun... Ətraflı

Məşhur kulinariya portalında Azərbaycan plovunun resepti

Dünyanın məşhur “tasty.com” kulinariya internet portalının latviyalı redaktoru Yolanta Roze dünya plovları barədə məqalə hazırlayıb. Doqquz müxtəlif plovun yer aldığı məqalədə yeganə düzgün resept kimi Azərbaycan plovu göstərilib. “Əgər bir qazan ləzzə... Ətraflı