Azərbaycan

1 fevral 2004 – Xalq artisti, aktyor, rejissor Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927 - 2004) vəfat edib. Onlarla televiziya tamaşasına, “İtkin gəlin” çoxseriyalı televiziya filminə quruluş verib. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.

 

2 fevral 1891 – İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 - 22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Cümhuriyyət dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Cümhuriyyətin süqutundan sonra Fransada mühacirətdə yaşayıb.

2 fevral 1912 – Xalq artisti, rejissor Məhərrəm Kazım oğlu Haşımov (1912 - 2.5.1969) anadan olub. Gənc Tamaşaçılar, Rus Dram teatlarında baş rejissor işləyib.

2 fevral 1932 - Dilçi alim, akademik Ağamusa Ağası oğlu Axundov (1932 – 5.9.2015) Kürdəmirdə doğulub. AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik-katibi işləyib.

2 fevral 1996 – Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral ölkəmizdə Gənclər günü kimi qeyd edilir.

 

3 fevral 1900 – Xalq artisti, aktyor Səməd Məmməd oğlu Mövləvi (20.2.1900 – 1962) vəfat edib.

3 fevral 1990 – Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 - 1990) vəfat edib. “Yeddi oğul istərəm”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə çəkilib. Televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

1 fevral 1895 – Amerika kinorejissoru Con Ford (John Ford - John Martin Feeney; 1895-1973) anadan olub. Rejissorlar arasında ən çox (4 dəfə) “Oskar” mükafatına layiq görülüb.

1 fevral 1999 – Məşhur türk musiqiçisi, bəstəkar Barış Manço (2.1.1943 - 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. 200-dən çox mahnı yazıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.

 

2 fevral 1595 – Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen; 1595-1657) anadan olub.

2 fevral 1873 – Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.

2 fevral 1882 – İrland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.

2 fevral 1883 – Rus bəstəkarı Mixail Fabianoviç Qnesin (1883-1957) anadan olub. Beş bacısı tanınmış musiqiçi olub. Qnesinlərin adını daşıyan Rusiya Musiqi Akademiyasının əsasını onlar qoyublar.

 

3 fevral 1809 – Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809 - 4.11.1847) anadan olub. “Toy” marşının müəllifidir.

3 fevral 1874 – Amerika yazıçısı Gertruda Stayn (Gertrude Stein; 1874-1946) anadan olub.

Hazırladı:  Vüqar ORXAN