Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində dünya şöhrətli musiqiçi ”Maestroya həsr olunur” adlı silsilə tədbirlər keçirilib. Dahi violonçelçi, dirijor Mstislav Rostropoviçin (1927-2007) 85 illik yubileyi ilə əlaqədar təşkil olunan tədbirlər maraqlı konsert proqramı və çıxışlarla yadda qalıb.
   
   M.Rostropoviç 1927-ci il martın 27-də Bakıda anadan olub. İlk musiqi dərslərini atası L.Rostropoviçdən alıb, 4 yaşında ikən fortepiano üçün “Polka” əsərini yazıb. 1931-ci ildə ailəsi ilə birlikdə Bakını tərk etməsinə baxmayaraq, M.Rostropoviç dünyaya gəldiyi şəhəri heç vaxt unutmayıb. Maestro Bakıya hər gəlişində konsert proqramları çıxış etməklə yanaşı, gənclər üçün ustad dərslər də keçib.
   Martın 27-də keçirilən ilk musiqili gecəni muzeyin direktoru Ş.Heydərova açaraq, M.Rostropoviçin zəngin yaradıcılıq fəaliyyətindən danışıb. Sonra çıxış edən BMA-nın prorektoru, Əməkdar incəsənət xadimi Yeganə Axundova məşhur musiqiçi, skripkaçı Leonid Koqanın və Mstislav Rostropoviçin dostluq əlaqələrindən söz açıb, bu dostluğu əks etdirən məktubları Ş.Heydərovaya təqdim edib. Həmi məktublar L.Koqanın qızı N.Koqan tərəfindən göndərilib. Ardınca Y.Axundova C.Hacıyevin “Ballada” əsərini fortepianoda ifa edib.
   Daha sonra çıxış edən Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev Azərbaycanı sevən dünya şöhrətli musiqiçinin evində olmaqdan böyük şərəf duyduğunu vurğulayıb. O, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda M.Rostropoviçin 70 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu bildirərək böyük musiqiçinin iştirak etdiyi konsertdəki çıxışını xatırlayıb, həmin konsertdən çəkilən videogörüntünü muzeyə təqdim edib.
   Musiqili gecədə tanınmış musiqiçilərdən K.Paşazadə, N.Məlikov (skripka) və T.Şəmsiyev (fortepiano), E.Əliyev (violonçel), E.İsmət (skripka), A.Ədhəmzadə (fortepiano) və gənc ifaçıların musiqi nömrələri səslənib.
   Martın 28-də keçirilən növbəti tədbir Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin konsert proqramı ilə yadda qalıb. Məktəbin direktoru, Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə “Tutti” gənc simfonik orkestrinin ifasında D.Şostakoviçin “Romans” əsəri ilə başlayan konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olundu. Qeyd edək ki, T.Göyçayevin rəhbərliyi ilə yaranan “Tutti” gənc simfonik orkestri 1997-ci ildə M.Rostropoviçin Bakıya gəlişi münasibətilə yaşadığı mənzilin qarşısında çıxış etmişdi. T.Göyçayev M.Rostropoviçlə bağlı xatirələrini bölüşdü.
   Martın 29-da L.və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin konsert proqramı təqdim olunub. Beynəlxalq müsabiqə diplomantı, Prezident təqaüdçüsü K.Mayılov, respublika müsabiqələri laureatları O.Həşimov, A.Quliyev, Y.Əliyev, K.Talıblı və digər şagirdlər musiqi nömrələri ilə çıxış ediblər. Məktəbin direktoru R.Əzizov M.Rostropoviçlə bağlı maraqlı xatirələrini danışıb.
   Tədbirlərdə çoxsaylı qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar