Aprelin 16-da Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Park İnn” hotelində “Maddi mədəni irs abidələrinin qorunması, effektiv istifadəsi və inkişafı yolları” mövzusunda seminar keçirildi. Tədbir 18 aprel - “Beynəlxalq abidələr və tarixi yerlər günü”nə həsr olunmuşdu.
   
   Seminarı giriş sözü ilə açan mərkəzin direktoru, fəlsəfə elmləri doktoru, professor Vilayət İsmayılov maddi-mədəni abidələrin qorunmasından, onların səmərəli istifadəsindən söz açdı. Qeyd olundu ki, hazırda Azərbaycanda 6 mindən artıq maddi-mədəni irs abidəsi qeydiyyata alınıb. Dövlət səviyyəsində abidələrin mühafizəsinə, təmir-bərpasına diqqət göstərilir. Ölkəmizdə mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti xüsusi vurğulandı.
   Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev çıxışında maddi mədəniyyət nümunələrinin qorunması, səmərəli istifadəsi üçün dövlət qurumlarının səylərinin birləşdirməsinin vacibliyini bildirdi. Onun sözlərinə görə, maddi mədəni irs abidələrinin qorunması, effektiv istifadəsi və inkişafı yolları kimi aktual məsələlərə alimlər də öz münasibətini bildirməlidir, elmi əsaslandırmalar aparılmalıdır: “Seminarda alimlərimiz də yaxından iştirak edir. Mədəniyyət və Turizm Nazirliyi mövzu və istiqamətdən asılı olmayaraq bütün təşəbbüs və təkliflərə açıq dövlət qurumudur. Çünki bəzən belə seminarlarda səslənən bir təşəbbüs sonradan böyük bir mədəni layihəyə çevrilə bilər”.
   Sektor müdiri Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin elmi qurumlarla sıx əməkdaşlığının vacibliyini vurğuladı.
   Sonra Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi elmi-mədəni mərkəzinin arxeologiya üzrə baş elmi işçisi, tarix elmləri namizədi Qənirə Pirquliyeva “Abidələrdə maddi mədəniyyət nümunələrindən ibarət tematik ekspozisiyaların təşkili”, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədli “Azərbaycanın mədəniyyət abidələrinə qarşı erməni vandalizmi”, universitetin pedaqoji elmlər üzrə fəlsəfə doktoru Yeganə Eyvazova “Tədris prosesində tarix və mədəniyyət abidələrinin mühafizəsi məsələlərinin öyrədilməsi” mövzusunda məruzə etdilər. Seminarda məruzələr ətrafında müzakirələr aparıldı.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar