Aprelin 18-də “Beynəlxalq abidələr və tarixi yerlər günü” ilə əlaqədar İçərişəhərdə, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyində Xalq rəssamı Elbəy Rzaquliyevin muzeyin fondunda saxlanılan qrafika əsərlərinin sərgisi açılıb.
   
   Muzeyin direktoru Rəna Rzayeva qeyd edib ki, bu gün biz hamımız nəinki tarixi-mədəni irsin qorunub saxlanması barədə düşünməli, həm də Azərbaycanın tarix və mədəniyyət abidələrinin qorunması və populyarlaşdırılması yolunda konkret addımlar atmalıyıq.
   Nərimanov rayonundakı 80 nömrəli məktəbin şagirdləri bədii kompozisiya nümayiş etdirib, Şirvanşahlar Sarayının xalq çalğı alətləri ansamblının solistləri muğam və xalq mahnıları ifa ediblər.
   Sonra tədbir iştirakçıları Elbəy Rzaquliyevin qrafika əsərləri sərgisinə tamaşa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar