Aprelin 23-də Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında görkəmli dramaturq, milli mədəniyyətimizin və incəsənətimizin inkişafında müstəsna xidmətləri olan Cəfər Cabbarlının anadan olmasının 113-cü ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Cəfər Cabbarlının ev-muzeyi ilə İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Cəfər Cabbarlının ev-muzeyinin direktoru, dramaturqun qızı Gülarə Cabbarlı, İncəsənət Gimnaziyasının teatr şöbəsinin müdiri Hicran Sadıqzadə, filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmli, filologiya elmləri namizədi, dosent Firudin Qurbansoy, yazıçı-jurnalist Orxan Fikrətoğlu Cəfər Cabbarlının həyat və yaradıcılığına nəzər saldılar, ədibin irsinin öyrənilməsində belə tədbirlərin xüsusi əhəmiyyəti olduğunu vurğuladılar.
   Ədəbi-bədii gecədə İncəsənət Gimnaziyasının Azərbaycan və rus bölmələrinin şagirdləri Cəfər Cabbarlının əsərlərindən hazırladıqları parçaları təqdim etdilər. Gimnaziyanın müəllimləri Aysel Sadıqova və Nurmila Rüstəmova dramaturqun teatr və kino yaradıcılığından danışdılar.
   Tədbirdə Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında filmlərdən fraqmentlər nümayiş olundu. Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nurun və bədii qiraət ustası Ənvər Vəliyevin ifasında Cəfər Cabbarlının şeirləri səsləndi.
   Cəfər Cabbarlının ev-muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı mədəniyyət ocağının kollektivi adından gecənin iştirakçılarına təşəkkürünü bildirdi. O, İncəsənət Gimnaziyasının direktoru Mahizər Şabanbəyova, teatr şöbəsinin müdiri Hicran Sadıqzadə, rejissor Əliheydər Şahbazov və ssenarist Göyçək Mehdiyevaya “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin diplomlarını təqdim etdi.   

  Təranə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar