Professor Nərgiz Paşayevaya Macarıstanın “Xidmətlərə görə” komandor xaç ordeni təqdim edilib
   
   Aprelin 30-da “ÜNS” yaradıcılıq səhnəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq alim, professor Nərgiz Paşayevaya Macarıstanın “Xidmətlərə görə” komandor xaç ordeninin təqdim edilməsi mərasimi keçirilib. Professor Nərgiz Paşayeva bu ali mükafata macar mədəniyyətinin Azərbaycanda təbliği istiqamətindəki uğurlu fəaliyyətinə görə Macarıstanın dövlət başçısının sərəncamı ilə layiq görülüb.    

   Yüksək mükafatı Nərgiz Paşayevaya təqdim edən Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Mədəniyyət sahəsində həyata keçirilən tədbirlərin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını bildirən diplomat bu istiqamətdə Nərgiz xanım Paşayevanın rolunu xüsusi vurğulayıb.
   Mərasimdə çıxış edən professor Nərgiz Paşayeva Macarıstan Prezidentinin sərəncamı ilə yüksək mükafata layiq görülməsinin onu qürurlandırdığını söyləyib, bunun ölkələrimiz arasında mədəni dialoqun inkişafına göstərilən diqqətin bariz nümunəsi olduğunu deyib. Macarıstanın çoxəsrlik zəngin mədəni irsi haqqında danışan N.Paşayeva Qərbin bir çox dahi bəstəkarlarının məhz macar xalq musiqisinin təsiri altında yaşayıb yaratdıqlarını vurğulayıb: “Mən çox xoşbəxtəm ki, bu mükafata təkcə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, “ÜNS” yaradıcılıq səhnəsinin bədii rəhbəri kimi deyil, doğma Vətənim - Azərbaycanın nümayəndəsi kimi layiq görülmüşəm”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar