Aprelin 30-da dünyada ilk dəfə “Beynəlxalq caz günü” qeyd edilib. Bu gün cazın universal azadlıq və yaradıcılıq dili kimi xüsusi rolunun tanınması əlaməti olaraq ötən ilin sonunda UNESCO tərəfindən təsis olunub.
   
   Əlamətdar gün münasibətilə aprelin 27-də UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirilən musiqi bayramına Azərbaycan da fəal dəstək verib.
   Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən bildiriblər ki, tədbirin təbliğat materiallarında Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin loqoları yerləşdirilib. UNESCO-nun xoşməramlı səfiri Herbi Henkok bu dəstəyə görə təşkilatçılar adından Azərbaycan hökumətinə, Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib.
   UNESCO-dakı bayram tədbirləri - ustad dərsləri, cazla bağlı “dəyirmi masa”, caz improvizasiyaları, tanınmış caz ustaları ilə görüşlər səhərdən axşamadək davam edib və möhtəşəm konsertlə tamamlanıb.
   Tədbirdə musiqişünas Turan Məmmədəliyevanın “Azərbaycanda caz” adlı təqdimatı keçirilib, pianoçu Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupunun ifası ilə 1930-cu ildə çəkilmiş “Lətif” səssiz filmindən fraqmentlər nümayiş olunub. İstedadlı gənc musiqiçimiz İsfar Sarabski axşam konsertində dünyanın tanınmış caz ustaları Herbi Henkok, Barbara Hendriks, Markus Miller, Corc Benson və digərləri ilə birgə çıxış edib. İ.Sarabskini təqdim edən aparıcı onun Azərbaycanın parlayan caz ulduzu olduğunu qeyd edib. Gənc cazmenin ifa etdiyi musiqi parçası böyük maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar