“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı məqalə müsabiqəsi keçirib. Mayın 7-də Beynəlxalq Mətbuat Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi oldu.
   Tədbir ümummilli liderə həsr edilən “Zərri tac kamallı başa yaraşır” adlı videoklipin nümayişi ilə başladı. Sonra giriş sözü söyləyən BDU-nun müəllimi Ələmdar Cabbarlı bildirdi ki, el sənətkarı Aşıq Şəmşirin xalqımızın böyük oğlu Heydər Əliyevə həsr etdiyi, yaxın tariximizin quruculuq dövrü olan 70-ci illərdən bəhs edən şeirdən söz açdı. Qeyd olundu ki, üstündən illər ötsə də, əsər bu gün də zamanla həmahəng səslənir.
   İctimai Birliyin rəhbəri, Aşıq Şəmşirin nəvəsi, Milli Məclisin deputatı Cavid Qurbanov babasının ulu öndərə bəslədiyi böyük hörmət və ehtiramdan, 70-ci illərdə yazılmış əsərin tarixindən danışdı: “Uşaqlıq illərim Aşıq Şəmşirin yanında keçib. Onunla xeyli söhbətlər etmişəm. Bir gün ondan soruşdum ki, xeyli ömür yaşamısan. Bir çox dövlət başçılarını görmüsən. Ancaq onların heç birinə əsər həsr etməmisən. Necə oldu ki, Heydər Əliyevə şeir həsr etdin. O dedi ki, Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur. Ona həsr etdiyim əsər də sadəcə şeir deyil, ilahi sevgidir. Həqiqətən də, Heydər Əliyevin həyat və fəaliyyəti bir çox yaradıcı insanlar üçün böyük mənəvi qidadır”.
   Millət vəkili Elmira Axundova çıxışında bildirdi ki, Heydər Əliyevi lider edən fərdi xüsusiyyətləri olub. Onda hər bir kəsi çox böyük səbir və təmkinlə dinləmək bacarığı vardı. Məhz buna görə də onun qəbul etdiyi hər bir qərar çox ədalətli idi.
   Milli Məclisin deputatları Jalə Əliyeva, Fəzail Ağamalı, BDU-nun prorektoru Sani Hacıyev və başqaları müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü ərzində həyatımızın bütün sahələrindəki dirçəliş və quruculuq tarixinin ulu öndərin adı ilə bağlı olduğunu bildirdilər. Qeyd olundu ki, Azərbaycanın ən çətin dövründə, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin mühüm diplomatik səyləri nəticəsində respublikada sabitlik bərpa olundu, ölkənin müxtəlif sahələrində olduğu kimi, elm və təhsildə də dirçəliş baş verdi.
   Sonra BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi Knyaz Aslan müsabiqə barədə məlumat verərək fakültənin bakalavriatura pilləsinin tələbələrinin təqdim etdikləri 60 məqalədən 10-nun seçildiyini bildirdi. Qaliblərə pul mükafatları, fəxri diplomlar və xatirə hədiyyələri təqdim edildi.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar