A­zər­bay­can mə­də­niy­yə­ti­nin be­şi­yi olan Şu­şa­nın iş­ğa­lı­nın 20-ci il­dö­nü­mü ilə əla­qə­dar Ab­şe­ron ra­yon Mə­də­niy­yət evin­də təd­bir ke­çi­ri­lib.
   
   Təd­bir­də çı­xış edən Ab­şe­ron Ra­yon İc­ra Ha­ki­miy­yə­ti baş­çı­sı­nın müa­vi­ni İra­də Gül­məm­mə­do­va Şu­şa­nın ta­ri­xi, mə­də­ni ir­si, bu şə­hə­rin ye­tir­di­yi gör­kəm­li in­san­la­rın mil­li mə­də­niy­yə­ti­mi­zə ver­di­yi mi­sil­siz töh­fə­lər­dən söz açıb. Qeyd olu­nub ki, Şu­şa şə­hə­ri­ XIX-XX əsr­lər­də Azər­bay­can mə­də­niy­yə­ti­nin in­ci­si, ta­cı və in­cə­sə­nət be­şi­yi olub.
   Son­ra Şu­şa Döv­lət Mu­si­qi­li Dram Teat­rı­nın trup­pa­sı­nın ifa­sın­da ya­zı­çı-dra­ma­turq Hü­seyn­ba­la Mi­rə­lə­mo­vun “Gül­lə­lən­miş hey­kəl­lərin fər­ya­dı” pye­sin­dən par­ça­lar gös­tə­ri­lib.
   “A­zər­bay­can Res­pub­li­ka­sı Dağ­lıq Qa­ra­bağ Böl­gə­si­nin Azər­bay­can­lı İc­ma­sı” İc­ti­mai Bir­li­yi­nin səd­ri, Şu­şa Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Bay­ram Sə­fə­rov de­yib: “Biz ina­nı­rıq ki, öz tor­pa­ğı­mı­za qa­yı­da­ca­ğıq. Xalqımız Ali Baş Ko­man­da­nın əm­ri­ni göz­lə­yir. Azərbaycanın qüd­rət­li or­du­su, müa­sir si­lah­la­rı, ən baş­lı­ca­sı isə iş­ğal olun­muş əra­zi­lə­ri azad et­mə­yə ha­zır olan oğul­la­rı var­dır”.
   Mə­də­niy­yət evi­nin fo­ye­sin­də Şu­şa rəs­sam­la­rı­nın fo­to və rəsm əsər­lə­rin­dən iba­rət “20 il Şu­şa­sız...” ad­lı sər­gi təş­kil edi­lib.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar