Beynəlxalq müsabiqə elan edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Şuşa qrantı” təsis edib və 2012-ci il üçün ilk müsabiqəni elan edib. Bu münasibətlə mayın 8-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında tədbir keçirilib.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Elmin İnkişafı Fondu tərəfindən belə bir müsabiqənin elan olunmasını yüksək qiymətləndirib. Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev “Şuşa qrantı” müsabiqəsi barədə məlumat verərək bildirib ki, qrant proqramında təkcə Şuşanın deyil, bütövlükdə Qarabağın zəngin tarixinin, onun maddi, qeyri-maddi irsinin, o cümlədən memarlığının, arxeologiyasının, fauna və florasının, təbii sərvətlərinin müxtəlif istiqamətlər üzrə araşdırılması, tədqiqi nəzərdə tutulur.
Birinci beynəlxalq xarakterli “Şuşa qrantı” müsabiqəsinin ümumi maliyyələşdirilmə məbləği 150 min manatdır. Müsabiqə çərçivəsində təqdim olunacaq layihələr humanitar və ictimai elmlər sahəsini əhatə edən fundamental-tətbiqi xarakterli layihələr, ekspedisiya və çöl işləri xarakterli layihələr, tədqiqat mövzusu ilə əlaqəli respublika, regional və beynəlxalq səviyyəli konfrans, simpozium, seminar və digər elmi tədbirlərin keçirilməsi, mövzuya dair tamamlanmış və çapa hazır elmi əsərlərin (monoqrafiya, atlasların və s.) nəşrinin dəstəklənməsi və s. işləri əhatə edə bilər. Beynəlxalq əməkdaşlıq çərçivəsində təqdim olunan layihələrə seçim zamanı xüsusi üstünlük veriləcək. Müsabiqədə fərdi şəkildə alimlər və ya elmi yaradıcı kollektivlər iştirak edə bilərlər.