Azərbaycan Prezidenti İlham Əliyevin istiqlal şairi Əhməd Cavadın (1892-1937) anadan olmasının 120 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən müxtəlif tədbirlər keçirilir. Bu günlərdə Ankarada TÜRKSOY-un təşkilatçılığı ilə gerçəkləşən tədbir də böyük şairə dərin ehtiramın nümunəsi idi.
   Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, TRT-nin baş direktoru İbrahim Şahin, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, ölkəmizdən qonaqlar iştirak ediblər.
   Mərasim dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi Azərbaycanın dövlət himni ilə açılıb.
   Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay çıxışında Əhməd Cavadı Türkiyənin istiqlal şairi Mehmet Akiflə müqayisə edərək onun həyatının, yaradıcılığının doğma xalqına, millətinə həsr olunduğunu vurğulayıb. Görkəmli şair eyni zamanda şeirlərində bütün türk dünyasının azadlıq və müstəqillik mübarizəsini tərənnüm edib.
   TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, təşkilatın ən fəal üzvü olan Azərbaycanın görkəmli şairinin yubileyinin keçirilməsi bütün türk dünyası üçün əlamətdardır. “Çırpınırdın Qara dəniz, baxıb türkün bayrağına” söyləyən şairin şeirləri bütün türkdilli ölkələrdə sevilir. Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Türkiyənin Cəlal Bayar Universitetinin müəllimi İrfan Murat Yıldırım, Əhməd Cavadın nəvəsi Anar Axundzadə şairin yaradıcılığından, keşməkeşli həyatından bəhs ediblər.
   Mərasimdə Əhməd Cavadın həyatından bəhs edən sənədli film nümayiş etdirilib, Azərbaycanın Əməkdar artisti Azərin şairin sözlərinə yazılmış mahnıları ifa edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar