Milli İncəsənət Muzeyində dəyirmi masa və virtual sərgi
   
   Mayın 18-də Milli İncəsənət Muzeyində “İdman və incəsənət” mövzusunda dəyirmi masa təşkil olundu. 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə gerçəkləşən tədbirdə idmançılar, idman mövzusunda əsərlər yaratmış təsviri sənət ustaları, muzey işçiləri iştirak edirdilər.
   
   Muzeyin İnnovasiya şöbəsinin müdiri Əminə Məlikova bildirdi ki, tədbirin təşkilində məqsəd idman mövzusuna müraciət etmiş sənətkarların yaradıcılığına nəzər salmaq, idmançılarımıza dəstək olmaqdır: “Bilirsiniz ki, ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması məqsədilə ölkə başçısı 2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması barədə sərəncam imzalayıb. Ölkəmizin paytaxtı Bakı 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Yaradıcı insanlar da bu işə öz töhfələrini verməklə idmançılara dəstək göstərə bilərlər. Milli İncəsənət Muzeyində idman mövzusuna həsr olunmuş onlarla əsər var. Biz onların bir hissəsini virtual sərgi vasitəsilə təqdim edəcəyik”.
   Dəyirmi masada mövzu ilə əlaqəli geniş müzakirə aparıldı. Sonra idmana həsr olunmuş virtual sərginin təqdimatı oldu. Virtual sərgidə Xalidə Səfərova, Mahmud Tağıyev, Sara Manafova, Ələkbər Rzaquliyev, İntiqam Ağayev, Vüqar Əli və Rəhim Həşimovun əsərləri yer alıb.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar