Mayın 31-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçovla görüşüb.
   
   Görüşdə Rusiya ilə Azərbaycan arasında mövcud ikitərəfli mədəni əlaqələrin səviyyəsi, perspektivləri, həmçinin MDB çərçivəsində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
   Mədəniyyət və turizm naziri ölkələrimiz arasında yüksək mədəni əməkdaşlığın mövcud olduğundan məmnunluğunu ifadə edib, Azərbaycandan keçirilən tədbirlərdə Rusiyanın, Rusiyada keçirilən mədəniyyət tədbirlərində Azərbaycanın fəal iştirak etdiyini deyib. Nazir ölkəmizin Rusiya ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
   K.Kosaçov da öz növbəsində iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi istiqamətində yeni addımların atılmasının vacibliyini vurğulayaraq, Rusiya tərəfinin bu əməkdaşlığı MDB çərçivəsində də davam etdirmək niyyətində olduğunu bildirib.
   Söhbət zamanı turizm sahəsində də fikir mübadiləsi aparılıb. Rusiyada son hökumət dəyişikliyindən sonra turizm üzrə agentliyin Rusiya Mədəniyyət Nazirliyinin tərkibinə daxil edildiyini deyən K.Kosaçov Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə turizm sahəsində əməkdaşlıq imkanlarının yarandığını diqqətə çatdırıb.
   Görüşdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Ənvər Şeyxov da iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar