İyunun 4-də “Hilton-Baku” hotelində “Azərbaycan və UNESCO - 20 il: davamlı inkişaf naminə təhsil” mövzusunda konfrans keçirilib. Tədbir AMEA-nın İnsan Hüquqları İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESCO-nun bioetika kafedrasının Azərbaycan bürosu tərəfindən birgə təşkil olunub.
   AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva konfransın UNESCO-Azərbaycan münasibətlərinin 20 illiyinə həsr olunduğunu bildirib. “UNESCO-nun insan hüquqları sahəsində Azərbaycanla əməkdaşlığı” mövzusunda məruzə ilə çıxış edən A.Mustafayeva ölkə başçısının 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrdən danışıb.
   Qeyd olunub ki, Azərbaycan rəhbərliyi əsas insan hüquq və azadlıqlarının qorunması istiqamətində islahatların aparılması ilə yanaşı, milli qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, insan hüquqlarının müdafiəsində dünya standartlarının təmin olunması məqsədilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu sahədə BMT qurumları, o cümlədən UNESCO ilə ikitərəfli əməkdaşlıq qurulub. Artıq 20 illik dövrü əhatə edən UNESCO- Azərbaycan əlaqələri getdikcə daha da genişlənir, müxtəlif istiqamətləri əhatə edir.
   “UNESCO-Azərbaycan: 20 il. Əməkdaşlığın inkişafı” mövzusunda məruzə ilə çıxış edən UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bildirib ki, son illər bu təşkilat bütün dünyada fəaliyyətini daha da genişləndirib, yeni fəaliyyət planlarının icrası başlanıb. UNESCO ilə ölkəmiz arasında yaranan ikitərəfli əlaqələrə toxunan G.Əfəndiyeva deyib ki, ötən dövrdə Azərbaycan Milli Komissiyası təşkilatın prioritet sahələri üzrə intensiv fəaliyyət göstərib, bir sıra əhəmiyyətli layihələr həyata keçirilib, UNESCO tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri təşkil olunub.
   Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova UNESCO ilə əməkdaşlığın əhəmiyyətindən danışıblar.
   Tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilib, UNESCO-nun Bioetika Baza Tədris Proqramının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar