Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə “Açıq qapı” günü keçirildi. Həmin gün uşaqlar üçün bir sıra maraqlı əyləncələr təşkil edilmişdi. Muzeyin kütləvi işlər şöbəsinin müdiri Aygün Abasova tədbiri açıq elan etdikdən sonra rəngarəng və xoş əhvallı bayram proqramına start verildi.

   Muzeyə ekskursiyaya gələn “Səma” uşaq bağçasının balaca üzvləri, 91 və 165 saylı orta məktəblərin şagirdləri onlar üçün hazırlanan şənliyi maraqla izlədilər. Muzeyin nəzdində fəaliyyət göstərən, bəstəkar Maisə Əzizovanın rəhbərlik etdiyi “Buta” vokal ansamblının çıxışı tədbirə xüsusi rəng qatdı. Ansambl üzvlərinin ifasında “Aman ovçu”, “Almanı atdım xarala”, “Həsiri basma dolan gəl” kimi xalq mahnılarımız səsləndi. İfa edilən musiqi parçaları uşaqların o qədər xoşuna gəlmişdi ki, mahnıları ansamblla birlikdə ifa edir, rəqs edərək şənlənirdilər. Daha maraqlı bir hissə isə muzeyin “Uşaq teatrı”nın təqdim etdiyi “Təbiəti qoruyaq” adlı musiqili tamaşa oldu. Gün ərzində nümayiş olunan “Buta” filmi də balaca tamaşaçıların ürəyincə idi. Uşaq proqramı çərçivəsində “Özün rənglə”, “Öz xalçanı yarat”, “Kəndir dartma” və s. oyunlarda balacalar həvəslə iştirak etdilər.
   Tədbirdə iştirak edən 2 saylı texniki-humanitar liseyin, 173, 190, 258 saylı orta məktəblərin şagirdləri fəallıqları ilə seçilirdilər. Azərbaycan Turizm İnstitutunun tələbələrinin də həvəslə qatıldıqları tədbir iş saatının sonuna kimi davam etdi.    

   Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar