İyunun 7-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanıb.
   Mədəniyyət günləri “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında” Proqrama əsasən keçirilir. Tədbirdə iştirak etmək üçün mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfərə gedib. Mədəniyyət günləri çərçivəsində Qazaxıstanın Astana və Almatı şəhərlərində Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsertlər, foto və turizm sərgiləri nəzərdə tutulub.
   Astananın Sülh və Həmrəylik Sarayında Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Dövlət Rəqs Ansamblının, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, muğam ifaçılarının, müğənnilərin rəngarəng çıxışları alqışlarla qarşılanıb.
   Mədəniyyət günləri Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, milli mədəniyyətimizin və incəsənətimizin təbliğinə xidmət edəcək. Mərasim iştirakçıları “Azərbaycan: ənənə və müasirliyin qovşağında” adlı fotosərgi, Azərbaycanın turizm potensialının təqdimatı ilə tanış olublar.
   Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində incəsənət ustalarımızın daha bir konsert proqramı iyunun 9-da Almatı şəhərində, Jambıl adına Dövlət Filarmoniyasında təqdim olunacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar