İyunun 15-də Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. “Qurtuluşun mübarək, Azərbaycan” mövzusunda tədbiri ev-muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov açaraq ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin xilası naminə fəaliyyətindən danışıb.
   Sonra Sərdar Fərəcovun dahi rəhbərin xatirəsinə ithaf etdiyi “Böyük vətəndaş haqqında oda”sı mərhum vokalçı Elxan Əhədzadənin ifasında klip şəklində tədbir iştirakçılarına təqdim edilib. “Oda”nın mətn müəllifi Tahir Taisoğlu əsərin yaranma tarixi haqqında danışıb. Musiqişünas Aytən Abbasovanın “Heydər Əliyev obrazı musiqi ənənələrində” mövzusunda məruzəsi dinlənilib.
   Sonda şairə Zərəngiz Dəmirçi Qayalı ulu öndərin xatirəsinə həsr etdiyi “Heydər baba, sən illərin babasısan” şeirini oxuyub, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən “Günay” uşaq teatrı və “Gənclərin töhfəsi” İctimai Birliyi üzvlərinin ifasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
   Tədbirə dahi Üzeyir bəyin bəstələdiyi Azərbaycanın Dövlət Himni ilə yekun vurulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar