Qonaq Azərbaycanda aparılan quruculuq işlərini yüksək qiymətləndirib
   
   İyunun 20-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Dünya Memarlar İttifaqının baş katibi Mişel Barmaki ilə görüşdü. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi və son illər ölkəmizdə aparılan quruculuq, abadlıq işləri haqqında qonağa ətraflı məlumat verildi.
   
   Nazir Əbülfəs Qarayev Azərbaycanda turizmin inkişafı sahəsində görülən işlərdən, Şahdağ Qış-Yay Turizm Kompleksinin, hotel və istirahət mərkəzlərinin tikintisindən söz açdı. Qeyd etdi ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələrin yenidən bərpa edilməsi, eyni zamanda, ölkənin turizm potensialını daha da möhkəmləndirir, əcnəbi qonaqların ölkəmizə marağını artırır. Nazir vurğuladı ki, bu gün respublikanın mədəniyyət ocaqlarında aparılan əsaslı təmir və yenidənqurma işləri paytaxtımızın memarlıq ansamblını daha da gözəlləşdirir. Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlərdən söhbət açan Əbülfəs Qarayev gələcəkdə bu sahədə daha böyük layihələrin həyata keçiriləcəyini bildirdi.
   Dünya Memarlar İttifaqının baş katibi Mişel Barmaki ilk dəfə Azərbaycana gəldiyini deyərək bu səfərdən məmnunluğunu bildirdi. 20 illik müstəqillik dövründə ölkəmizin nail olduğu sürətli inkişafı yüksək qiymətləndirdi. Mişel Barmaki təmsil etdiyi qurumun Azərbaycan Memarlar İttifaqı ilə sıx əməkdaşlıq etdiyini də vurğuladı.
   Görüşdən sonra jurnalistlərə açıqlama verən Mişel Barmaki son illər Azərbaycanda memarlıq sahəsində böyük işlərin görüldüyünü bildirdi: “Bizim təşkilat memarlıq istiqamətində sizə yardım etmək istəyir. Burda gördüklərimə çox təəccübləndim və səfər edəcəyim ölkələrə Azərbaycanda gördüklərimi danışacağam. 20 il ərzində çox böyük iş görmüsünüz. Düşünürəm ki, bu müddətdə başqa ölkələrin 100 ilə görə biləcəyi işləri həyata keçirmisiniz. Bu baxımdan Azərbaycanı təşkilatımızın üzvləri olan digər ölkələrə çox yaxşı nümunə kimi göstərəcəyəm”.
   Qonaq səfəri çərçivəsində bir çox tarixi yerləri gəzdiyini, İçəri şəhərə heyran olduğunu dedi, burada aparılan işlərdən danışdı, yerli mütəxəssislərin peşəkarlığını xüsusilə vurğuladı: “Siz bu şəhərin sakinlərisiniz və sizə nəyin daha çox lazım, vacib olduğunu da hər kəsdən yaxşı bilirsiniz”.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar