Zərif duyğulu, mətin iradəli Cəfər Cabbarlı doğulduğu torpaqda yad edildi
İyulun 7-də Xızı rayon Mədəniyyət sarayında Cəfər Cabbarlı Günü keçirildi. Tədbirdə ölkəmizin tanınmış ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, qardaş Türkiyədən gəlmiş qonaqlar, Cabbarlının ailə üzvləri və xızılılar iştirak etdilər. Qonaqlar əvvəlcə rayon mərkəzində ümummilli lider Heydər Əliyevin və böyük ədib Cəfər Cabbarlının abidələrini ziyarət etdilər.
Tədbir iki qardaş ölkənin dövlət himnləri ilə açıldı. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və dəst-xətti olan C.Cabbarlının zəngin və çoxşaxəli ədəbi irsindən danışdı. Qeyd etdi ki, bu ilin fevral ayında Türkiyənin “Manas” nəşriyyatında Elazığ bələdiyyə rəhbərliyinin və elmi ictimaiyyətinin dəstəyi ilə “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” adlı kitab çap olunub və geniş təqdimat mərasimi keçirilib. Bu kitab vasitəsilə türkiyəli qardaşlarımız ilk dəfə türk dünyasına qəlbən, ruhən bağlı olan, “Ədirnə fəthi”, “Ulduz və ya Trablis müharibəsi” əsərlərinin müəllifi Cəfər Cabbarlı yaradıcılığı ilə tanış olmaq imkanı qazandılar. Ədibin 1917-ci ildə qələmə aldığı hər iki əsər Osmanlı türklərinin tarixi mücadiləsinə həsr olunub.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Əlizadə qonaqları salamlayaraq bildirdi ki, Xızı ərazisinə görə Azərbaycanın on ən böyük rayonundan biridir. Ancaq bu torpağın böyüklüyü həm də ondadır ki, Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz, Əlabbas Qədirov və neçə-neçə görkəmli sənətkar bəxş edib.
Elazığın bələdiyyə başqanı Süleyman Salmanoğlu xızılıları və iştirakçıları salamlayaraq Azərbaycana gəldiyi üçün özünü xoşbəxt saydığını dilə gətirdi. Elazığda Almas İldırımın, Bəxtiyar Vahabzadənin adına küçələr olduğunu, fevral ayında Azərbaycan parkının açıldığını nəzərə çatdıran Süleyman Salmanoğlu həmin parkda şəhidlərin ruhuna ucaldılan heykəli iki qardaş ölkə arasında dostluq, qardaşlıq rəmzi kimi dəyərləndirdi. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının təbliğində bundan sonra da böyük işlər görəcəklərini bildirdi.
Görüşdə qəlbi, könlü, ruhu ilə Azərbaycana bağlı olan Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Sərvət Kabaklı çıxış etdi: “Azərbaycan hər zaman bizim üçün canımız qədər əziz olub. Biz “Azərbaycan” mahnısını dinləyəndə həmişə təkcə gözümüz deyil, könlümüz də ağlayıb. Bir vaxtlar Zeynəb Xanlarovanın adını eşidəndə, mahnılarına qulaq asanda gözlərimiz dolurdu. Azərbaycan həmişə bizim üçün qiymətlidir və fəaliyyətimizin böyük bir qisminin də həmişə bu ölkə ilə bağlı olmasına çalışmışıq”. O, Azərbaycana ilk dəfə 1989-cu ildə gəldiyini, ölkəmizin ağır günlərində Azadlıq meydanında xalqımızla, Qarabağda mübariz oğullarımızla bir olduğunu bildirdi. Uzun illərdən sonra Azərbaycana gələrkən yeni bir Azərbaycan, yeni bir Bakı gördüyünü deyən Sərvət Kabaklı dövlət müstəqilliyinin 20 ilini arxada qoyan Azərbaycanla qürur duyduğunu bildirdi.
Türk dünyasına böyük əsərlər bəxş edən Cəfər Cabbarlının doğulduğu Xızı torpağında olmaqdan da məmnunluq duyduğunu dilə gətirən Sərvət Kabaklı qısa ömründə zəngin əsərlər yazan və bu əsərlərdə türk dünyasının ruhunu, bütövlüyünü, əzəmətini təbliğ edən, qaranlıqlara qarşı savaşan ədibin irsinin təbliği və tanıdılmasında bundan sonra da yeni addımlar atılacağını bildirdi.
Tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək zamanın burulğanlarından keçən və heç bir zaman büdrəməyən Cəfər Cabbarlı şəxsiyyətindən söz açdı. Əsərləri ilə zaman-zaman nəsilləri yetişdirən, milli şüurun oyanışında böyük rol oynayan Cəfər Cabbarlı dühasından bəhs etdi. Bildirdi ki, çətin bir zamanda yaşayıb-yaradan, sovet rejiminin amansız təqibləri, təzyiqləri altında belə türkçülüyü təbliğ edən, üçrəngli bayrağı vəsf edən Cəfər Cabbarlı “Ədirnə fəthi”, “Ulduz və ya Trablis müharibəsi” əsərlərini yazmaqla əsl sənətkar kimi həyatını riskə atmışdı. Azərbaycan ədəbiyyatını türkçülük kontekstindən qopmağa qoymayan, Şərq ruhunu qoruyan, Azərbaycan ədəbi düşüncəsini Avropa və dünya ədəbiyyatı ilə qovuşduran zərif duyğulu, mətin iradəli ədibin mədəniyyət tariximizdəki xidmətlərindən danışdı və onu yüksək sənətkar kimi dəyərləndirdi.
Tədbirdə türkiyəli qonaqlardan “Manas” nəşriyyatının rəhbəri Məhəmməd Şener Bulud da çıxış edərək iştirakçılara elazığlı yazarların və sənətkarların salamlarını çatdırdı. Qeyd etdi ki, hər il Elazığda “Xəzər şeir axşamları” keçirilir. Azərbaycanlı şairlərdən ilk dəfə Nəbi Xəzrinin 1993-cü ildə Elazığa gəldiyini bildirən qonaq bu diyarda Azərbaycana hər zaman çox böyük sevgi, məhəbbət, bağlılıq olduğunu vurğuladı, türkülərimizin, mahnılarımızın bir-birinə çox bənzədiyini dedi. Mühacir şairimiz Almas İldırımın 1933-cü ildə Elazığa gəldiyini və 17 il bu torpaqda yaşadığını xatırladaraq fikrini belə ifadə etdi: “Bəlkə də bu sevgini bizdə Almas İldırım yaratdı”.
Türk dünyasının dəyərli yazıçılarının tanıdılması və təbliği istiqamətində “Manas” nəşriyyatının bundan sonra da əzmlə çalışacağını qeyd edən nəşriyyat rəhbəri Cəfər Cabbarlının qızı Gülara Cabbarlıya və ədibin nəvəsi Qəmər Seyfəddinqızına Elazığ valisi və bələdiyyəsi adından xatirə hədiyyəsi bağışladı.
Tədbirdə filologiya elmləri doktoru, professor Himalay Ənvəroğlu C.Cabbarlı yaradıcılığından danışdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, qiraət ustası Zülfiyyə Eldarqızı, qiraət ustası, dosent Nadir Hüseynov Cəfər Cabbarlının şeirlərini səsləndirdilər. Orta məktəb şagirdi Zeynalabdin Bağırzadə böyük şövqlə C.Cabbarlının “Məhkum Şərqə” şeirini söylədi. Xızı məktəbliləri də ədibin yaradıcılığından geniş kompozisiyanı iştirakçılara təqdim etdilər. Şəmistan Əlizamanlı, Eyyub Yaqubov və Rəşad İlyasovun ifasında C.Cabbarlının sözlərinə yazılmış mahnılar səsləndi.
Sonda böyük dramaturqun qızı Gülara Cabbarlı çıxış edərək atasının xatirəsini yüksək səviyyədə yad etdiklərinə görə qonaqlara və bütün iştirakçılara öz təşəkkürünü bildirdi.
Mərasimdə Türkiyə nümayəndə heyətində təmsil olunan Hadi Önal, Çingiz Özdəmir, Lütfullah Parıltı, Sərhat Kabaklı, Əli Canpolad və eləcə də tanınmış Azərbaycan ziyalıları iştirak edirdilər.
Tədbirdən sonra qonaqlar C.Cabbarlının ev-muzeyini ziyarət etdilər.
Təranə Vahid