Qurumun Dünya İrs Siyahısına daxil edilən obyektlərin ümumi sayı 962-yə çatıb
   
   İyunun 24-dən iyulun 6-dək Rusiyanın Sankt-Peterburq şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 36-cı sessiyası keçirilib.
   
   Komitənin 21 üzvü və Dünya İrs Konvensiyasına üzv ölkələrin nümayəndələrinin iştirak etdiyi sessiyada ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin heyəti təmsil edib.
   Sessiya zamanı Dünya İrs Komitəsinin 35-ci sessiyası, Dünya İrs Mərkəzi və məşvərətçi orqanların hesabatları, Dünya İrs Konvensiyası və davamlı inkişaf, Təhlükədə olan Dünya İrs Siyahısı və Dünya İrs Siyahısına salınmış abidələrin saxlanma vəziyyəti, üzv ölkələr tərəfindən təqdim olunmuş tentativ siyahılar və Dünya İrs Siyahısına təqdim olunmuş nominasiyalar müzakirə olunub. Tədbirdə həmçinin inventarizasiyanın tələblərinə uyğun olaraq abidələrin sərhəd və ölçülərinin müəyyənləşdirilməsi, nümunəvi, balanslaşdırılmış və etibarlı Dünya İrs Siyahısı üçün Qlobal Strategiya, dövri maliyyə və inkişaf hesabatları, Konvensiyanın 40 illiyinin qeyd olunması, Komitənin 37-ci sessiyasının sədr, sədr müavini və məruzəçilərinin, gündəliyinin müəyyənləşdirilməsi və digər məsələlər də nəzərdən keçirilib.
   36-cı sessiyaya Rusiya Federasiyasının UNESCO üzrə Milli Komissiyasının sədri Yelena Mitrofanova sədrlik edib. Tədbir çərçivəsində UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunması Konvensiyasının 40 illiyi də qeyd olunub.
   Bu il dünyanın 26 obyekti (20 mədəni, 5 təbii, 1 qarışıq) UNESCO-nun Dünya İrs Siyahısına salınıb. Qeyd edək ki, Çad, Konqo, Palau və Fələstinin obyektləri bu siyahıya ilk dəfə daxil ediliblər.
   Türkiyənin e.ə. VIII-VII minilliyin Neolit dövrünə aid Çatalhöyük ərazisinin də UNESCO-nun Dünya İrs Siyahısına salınan obyektlər sırasında olması təqdirəlayiq haldır. Bununla da UNESCO-nun Dünya İrs Siyahısına salınmış obyektlərin ümumi sayı 962-yə çatıb.
   Qeyd edək ki, Azərbaycanın Şirvanşahlar Sarayı, Qız qalası kompleksi və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrs Siyahısında yer alıb. Digər mədəni obyektlərin də siyahıya daxil edilməsi istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər aparılır.
   Sessiyanın sonunda Komitənin növbəti 37-ci sessiyasının 17-27 iyun 2013-cü il tarixdə Kambocanın Phnom Penh şəhərində keçirilməsi haqqında qərar qəbul edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar