TÜRKSOY-un təşkil etdiyi festivalda azərbaycanlı ustalar da iştirak ediblər
   
   Avqustun 2-dən 5-dək Rusiya Federasiyası Tatarıstan Respublikasının Yelabuqa şəhərində türkdilli ölkələrin dəriçilik sənəti festivalı keçirilib.
   
   “Türk Dünyasında Dəriçilik Festivalı” adlı tədbir TÜRKSOY təşkilatının Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə təşkilatçılığı ilə gerçəkləşib.
   TÜRKSOY-un Ankaradakı baş ofisindən bildiriblər ki, Tatarıstan Prezidenti Rüstam Minnixanov və mədəniyyət naziri Ayrat Sibaqatullinin açılışını etdikləri sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tatarıstan və Başqırdıstandan 30 dəri sənətçisi öz əl işlərini nümayiş etdirib.
   Azərbaycandan gəlmiş dəri ustaları Rəşad Əliyev, Pərvanə Eyyubova, Babil Məmmədov və Nahid Vahabovun əl işi olan çanta, milli ornamentlər ilə bəzədilmiş digər dəri məmulatları sərgiyə gələnlərin böyük marağına səbəb olub. Şəhər sakinləri və qonaqlar üçün bu məmulatların satışı da təşkil edilib.
   Tədbir çərçivəsində təşkil olunmuş simpoziumda dəri məmulatlarının işlənməsi, aşılanması və boyanması texnikası məsələləri müzakirə olunub, türk dünyası ustaları və araşdırmaçıları arasında təcrübə mübadiləsi aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar