Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, böyük dramaturq Hüseyn Cavidin 130, istiqlal şairi Əhməd Cavadın 120 illik yubileyləri ilə bağlı respublikanın müxtəlif yerlərində tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyində gerçəkləşib.
   
   Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sənan Talıbov Azərbaycan ədəbiyyatında dərin izlər qoymuş, oxşar tale yaşamış, ötən əsrin 30-cu illərinin repressiya qurbanı olmuş üç görkəmli ədibin adını bir araya gətirən tədbirin əhəmiyyətindən danışıb: “Yaratdıqları əsərlər bu dahi şəxsiyyətləri ədəbiyyat tariximizə əbədi olaraq həkk etmişdir”.
   Çıxış edənlər görkəmli şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına nəzər salaraq onun ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıblar. Qeyd olunub ki, ədibin əsərlərində millətindən, irqindən asılı olmayaraq, bütün insanları xoşbəxt, bəxtiyar görmək arzusu əksini tapıb. Əhməd Cavadın yaradıcılığından danışan natiqlər şairin Azərbaycan ədəbiyyatında milli ruhun qorunub saxlanılmasında rolunu yüksək qiymətləndiriblər.
   Tədbirin bədii hissəsində isə hər iki şəxsiyyətə həsr olunmuş kompozisiyalar nümayiş etdirilib. Mikayıl Müşfiqin sözlərinə bəstələnmiş musiqilər dahi şəxsiyyətlərin ruhlarına ərməğan edilib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar