Avqustun 11-də Finlandiyanın paytaxtı Helsinki şəhərində "İFLA-2012" beynəlxalq kitabxana konfransı işə başlayıb. Finlandiya Təhsil və Mədəniyyət Nazirliyi, Kitabxana Assosiasiyası, Helsinki Şəhər Şurası, habelə Finlandiyanın bütün kitabxanaları tərəfindən dəstəklənən tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev təmsil edir.
   "Güclü kitabxanalar, güclü cəmiyyətlər: demokratikləşmə və biliklərə giriş kitabxanalardandır" devizi altında keçirilən konfransın seminarlarında "Müasir digital kitabxanalar", "Biblioqrafiya müasir rəqəmləşən dövrdə", "Güclü kitabxana assosiasiyalarının qurulması", "Kitabxanalar: gənclər və uşaqlar üçün" və s. mövzularda müzakirə aparılır.
   Konfrans çərçivəsində kitabxana-informasiya sahəsində yeni know-how texnologiyalarının və yeni nəşrlərin sərgisi də keçirilib.
   Beynəlxalq konfrans bu gün, avqustun 17-də başa çatacaq.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar