Sentyabrın 6-7-də Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə paytaxtımızda "İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm" adlı beynəlxalq konfrans keçiriləcək.
Konfransda Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, qurumun məruzəçiləri, ekspertləri, üzv dövlətlərin milli turizm təşkilatlarının yüksək vəzifəli şəxsləri, həmçinin yerli və xarici hökumət və qeyri-hökumət təşkilatlarının və dünyanın aparıcı KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Konfransın açılışı sentyabrın 6-da "Jumeirah Bilgah Beach Hotel"ində olacaq.
Azərbaycan Dünya Turizm Təşkilatı “İpək Yolu Proqramının" iştirakçısıdır. Əsrlər boyu tarixi İpək Yolu Şərq və Qərb arasında mədəniyyət, ideya, texnologiya və insan mübadiləsində mühüm rol oynayıb. 28 ölkənin üzv olduğu İpək Yolu Proqramının məqsədi birgə səylərlə İpək Yolu boyunca turizmi davamlı inkişaf etdirməkdən ibarətdir.
Konfrans iştirakçıları İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparacaqlar.
Tədbirin ilk günü "Qida və turizm: qlobal meyllər və imkanlar", "İpək Yolunun kulinariya məkanlarının aparıcı şəbəkəsi kimi qurulması" və "İnkişaf üçün qida" mövzularında sessiyalar təşkil ediləcək.
Konfransın ikinci günü "İpək Yolu qlobal səyahət mediasında" və "Rəqəmsal dövr: sosial media və səyahət" mövzularında dəyirmi masalar keçiriləcək.
Həmçinin tədbir çərçivəsində Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mətbəxlərinin təqdimatı və ustad dərsləri təşkil olunacaq, Azərbaycan və Gürcüstan istehsalı olan şərabların dequstasiyası keçiriləcək. Tədbirdə iştirak edəcək dünyanın aparıcı media nümayəndələrinin Azərbaycanın regionlarına press-turu təşkil ediləcək.